Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qala Sığorta” və “Qala Həyat”ın dəstəyi ilə blokçeyn texnologiyalarına aid seminar keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” və “Qala Həyat”ın dəstəyi ilə blokçeyn texnologiyalarına aid seminar keçirilib

Azərbaycan sığorta bazarının tanınmış şirkətləri - “Qala Həyat” və “Qala Sığorta”nın təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən “Blokçeyn texnologiyası: Gerçək və gələcək” mövzusunda seminar başa çatıb.

 

Reklam_3_11

Tədbirdə son illər dünyada sürətlə yayılan blokçeyn texnologiyaları, kriptovalyutalar, rəqəmsal pullar, onların iş prinsipi, gətirdiyi yeniliklər və bu texnologiyaların Azərbaycanda müxtəlif sahələrdə tətbiqi üsulları müzakirə edilib.

 

Tədbirdə iştirakçılar seminarda blokçeyn texnologiyası haqqında, “blokçeyn pul üçün”, “bu texnologiyanın yayılmasının nəticələri”, “Blokçeyn pul üçün deyil” adlı mövzularla yanaşı digər modullar üzrə də ətraflı məlumat əldə ediblər.

 

Tədbirdə bildirilib ki, blokçeyn texnologiyaları, kriptovalyutalar və rəqəmsal pullar gələcəyin maliyyə sektorunu inanılmaz dərəcədə dəyişəcək. Bu amil bankları öz xidmətlərinə yenidən baxmayağa, müştərilərinə və partnyorlarına daha adekvat xidmət göstərməyə vadar edəcək: «Bu yenilik maliyyə sektorunda bankların monopoliyasına son qoyacaq».

 

Seminarın təlimçisi, peşəkar analitik Fərhad Əmirbəyovun sözlərinə görə, blokçeyn texnologiyaları təkcə maliyyə sektorunda deyil, digər sektorlarda da uğurla tətbiq edilə bilər. Bura, turizm, ictimai xidmətlər, investisiya fəaliyyəti, müəllif hüquqları, müqavilələrin bağlanması, hüquq sistemi və sair aiddir.

 

Bu yeniliklər müqavilələrin daha etibarlı və icra olunan vəziyyətə gəlməsinə imkan verəcək. İctimai xidmətlərin isə sürəti və keyfiyyəti qat-qat artacaq.

 

Blokçeynin və yeni texnologiyaların tətbiqi xüsusilə investisiya imkanlarını da inanılmaz dərəədə dəyişəcək. «Əşyaların interneti»nin yaranması isə onunla nəticələnəcək ki, maliyyə sektoruna və həyatımıza insan olmayan, amma internet üzərindən aktiv olan əşyaların dövrü başlanacaq: «Əşyalar bir birinə ödəniş edəcək, faktiki olaraq onlar da maliyyə sektorunun iştirakçılarından birinə çevriləcək»-deyə F.Əmirbəyov bildirib.

 

Blokçeyn texnoloiyalarının in prinsipi barədə məlumat verən təlimçinin sözlərinə görə, yeni texnologiyalar bu sistemə bütöv bir alqoritmlərin yükənməsinə imkan verəcək. Nəticədə həyatn hər bir anı üçün hazır proqramlar tətbiq ediləcək: «Məsələn siz alqoritm verirsiniz ki, təyyarəyə geciksəm, mənə otel bron edin, belə hadisə baş verəndə sistem sizdən soruşmadan bunu edəcək».

 

Təlimçi bildirib ki, blokçeyn texnologiyaları təkcə pula deyil, vaxta da qənaət etməyə imkan verir və bu da onların ən böyük üstünlüyüdür.

 

Tədbirdə rəqəmsal pulların gələcəkdə daha da geniş yayılacağı və iqtisadi həyatda rolunun artacağı qeyd edilib. “AMBLER” konsaltinq, “UNEC Research Foundation” və “AFRR Consulting” şirkətlərinin təşkilati dəstəyi ilə keçirilən bu maraqlı tədbir iştirakçıların interaktiv saulları və müzakirələri ilə davam edib.

09.02.2018 16:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ