Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri üçün ən böyük təhdid

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri üçün ən böyük təhdid
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft hasilatının artması, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və tərəfdaşlarının qiymətləri yüksəltmək məqsədilə hasilatlarını azaltmaları səyləri üçün ən böyük təhdid olmaqda davam edir.


Baker Hughes-ın açıqladığı məlumatlara görə, ABŞ-da aktiv qazılan neft quyularının sayı keçən həftə 26 quyu artaraq 791-ə qalxıb.  Bu say 2015-ci ilin Aprel ayından bu yana ən yüksək səviyyədir.

 

Bundan başqa, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlarına görə, ölkənin xam neft hasilatı ötən həftə 10,25 milyon barelə çıxaraq ölkə tarixində ən yüksək səviyyəyə çatıb (rekord) və dünyanın ən böyük ikinci xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanının istehsalını da geridə qoyub.
 

EIA-nın dərc etdiyi hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı olan Rusiyanı keçəcəyi gözlənilir.

 

Analitiklər neft qiymətlərinin 50 dollar səviyyələrinə düşə biləcəyini dilə gətirirlər.

 

"Neft qiymətləri ABŞ-da istehsalın artmasına səbəb olacaq səviyyələrə qalxmışdı. Elə də oldu, ABŞ-da hasilat artır. İndi neft, çox sürətlə bahalaşmasının əvəzini ödəyir. Həmçinin son vaxtlar birjalardakı qeyri-müəyyənlik və dolların bahalaşması neft qiymətlərinə pis təsir edir",- analitiklər bildirir.

 

Neft ötən həftə təxminən 10% ucuzlaşdıqdan sonra bu gün dolların bir qədər ucuzlaşması ilə əlaqədar olaraq 1% bahalaşıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 63,38 dollardan alıcı tapıb.

12.02.2018 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ