Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şəmkirdə istixanaların sahəsi 1000 hektarı keçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəmkirdə istixanaların sahəsi 1000 hektarı keçəcək

Şəmkir rayonunda istixanaların sahəsi 1000 hektarı keçəcək.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Şəmkirdə hər il bol məhsul götürülür və onların çoxu xarici bazarlara çıxarılır. Bu baxımdan istixanalar müstəsna əhəmiyyət kəsb edir. Hazırda bu istixanalar 923 hektar təşkil edir. Cari ildə daha 100 hektar istixana salınması planlaşdırılır.

 

Bu, təkcə ayrı-ayrı sahibkarların, onların ailə üzvlərinin kifayət qədər mənfəət götürməsi ilə yekunlaşmır. İstixanalar əlavə iş yerləridir, başqalarının da qazanc obyektləridir. Hazırda təkcə istixanalarda çalışanların sayı 5987 nəfərdir

 

111 MİN TON POMİDOR, 10 MİN TON XİYAR

 

2017-ci ildə Şəmkir rayonunda yerləşən istixanalarda 127 min 977 ton məhsul istehsal olunmuşdur.
İstehsal olunan məhsulların böyük hissəsi pomidorun payına düşür. Belə ki, Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 2017-ci ildə 111 min 342 ton pomidor, 10 min 220 ton xiyar istehsal olunub.

 

Bundan başqa fermerlər ötən il istixanalardan 5672 ton kartof, 724 ton göy-göyərti, 17 ton çiyələk toplayıblar.

 

9 MİN TON XURMA QƏBUL EDİB

 

Alimpaşa Məmmədov qeyd edib ki, Şəmkir Aqroparkın Loqistika Mərkəzi bu il artıq 9 min ton xurma qəbul etmiş, həmin məhsulun 4800 tonu xarici bazarlara göndərilmişdir. Hazırda Loqistika Mərkəzinin xidmətlərindən Şəmkirlə yanaşı, Gəncə, Tovuz, Göyçay, Goranboy, Samux və Tərtər fermerləri də istifadə edirlər.

 

Şəmkir Aqroparkın ardınca region üçün mühüm əhəmiyyətə malik olan yeni “Сeyrançöl” Aqroparkının yaradılması istiqamətində işlər görülür. Bu park üçün artıq xeyli texnika alınmış və ABŞ istehsalı olan 14 ədəd müxtəlif radiuslu müasir pilot suvarma aqreqatları və avadanlıqları quraşdırılmışdır. Keçən il 1000 hektar qarğıdalı və bu il 3000 hektar sahəyə Almaniyadan gətirilmiş yüksək məhsuldar buğda toxumu səpilmişdir.

 

Burada 8000 hektar torpaq sahəsində meliorativ tədbirlərin görülməsi, su, enerji və yol infrastrukturunun yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu hesabına 3,2 milyon manat vəsait ayrılmış, qısa müddət ərzində əraziyə su xətti çəkilmiş, su tutarları inşa olunmuş, elektrik yarımstansiyası və elektrik transformatoru quraşdırılmış, 145 kilometr yol təmir edilmişdir

13.02.2018 03:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ