Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AzNar” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzNar” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 

 7 aprel 2018-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

 

Növbəti ümumi yığıncağın gündəliyi:

 

1.Teymur Əhmədov adına “AzNar” QSC-in 2017-ci il üçün illik (maliyyə) hesabatları barədə.

2.Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnaməsinin yeni (altıncı) redaksiyada təsdiq edilməsi barədə.

3.Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası barədə.

 4.Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı barədə.

 

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış ola bilərlər. Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

 

Həmçinin, 7 aprel 2018-ci il saat 16.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında ləğv prosesində olan “Az-Nar” Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Qeyd edək ki, Teymur Əhmədov adına “AzNar” QSC  və “Az-Nar” QSC ayrı-ayrı şirkətlərdir.

 

 Növbədənkənar ümumi yığıncağın gündəliyi:

 1.Ləğv prosesində olan “Az-Nar” QSC-nin aralıq balansı haqqında.

2.Ləğv prosesində olan “Az-Nar” QSC-nin əmlakı haqqında.

 3.Ləğv prosesində olan “Az-Nar” QSC-nin ləğv edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında.

 

 Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AZNAR” QSC-nin inzibati binasında tanış ola bilərlər. Növbədənkənar ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

14.02.2018 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ