Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bankda yeni təyinatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda yeni təyinatlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Emil Əmirov banka informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib.

 

Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Emil Əmirov Azərbaycan Beynəlxalq Bankında elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

 

Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən Emil Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, “AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov Azərbaycan Beynəlxalq Bankının informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.

 

“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

14.02.2018 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ