Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən böyük fondundan iqtisadi durğunluq xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük fondundan iqtisadi durğunluq xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük hedc fondu "Bridgewater Associates"ın banisi Ray Dalio, ABŞ Mərkəzi Bankının (Fed) gözləniləndən daha yaxşı vəziyyətdəki iqtisadi mənzərəyə qarşı aparacağı pul siyasətlərinin iqtisadi durğunluğa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.


 
"Marja" xəbər verir ki, Ray Dalio, Linkedin-də etdiyi paylaşımda, "Mərkəzi bankların pul siyasətlərini anlamağın çətin olduğu bir dövrdəyik və xüsusilə bu prosesdə balans yaratmaq olduqca çətindir" ifadələrini istifadə edib.


 
Dalio, durğunluq riskinin gələcək 18-24 aylıq dövrdə artacağını bildirərək, "Bir çox bazar güclü bir 2018-ə fokuslansa da, biz daha çox 2019 və 2020-yə fokuslanmışıq" - yazıb.


 
Dalio bu ifadələri işlədib: "Səhm bazarlarında və iqtisadiyyatda "zirvədən" (qiymətlərin çatdığı ən yüksək səviyyə) nə qədər uzaqda olduğumuzu bilmirik. İstiqraz bazarında isə zirvəni keçdiyimiz dəqiqdir".

 

Qeyd edək ki, ABŞ iqtisadiyyatı gözləniləndən daha sürətlə sağalıb. Belə bir vəziyyətdə Fed-in pul siyasətini daha sürətlə sərtləşdirəcəyi, bunun da Dolların bahalaşmasına, birjalarda isə satışlar ilə əlaqədar olaraq səhm, istiqraz, qızıl və neftin ucuzlaşmasına səbəb olacağı gözlənilir.

14.02.2018 07:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ