Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə İraqın yenidən bərpasına 5 milyard dollar kredit verəcək.

 

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveytdə İraqın yenidən bərpası ilə bağlı keçirilən toplantıda bildirib.

 

“Bundan başqa, 50 milyard dollarlıq humanitar və inkişaf layihələrinə kredit ayıracağımızı vəd etdik”, - nazir qeyd edib.

 

O, İraqın şimalında Kandil dağında terrorçu PKK-ya qarşı Afrinə bənzər əməliyyatın edilməsinə dair suala belə cavab verib: “Olmalıdır. İraqın PKK, YPG və başqa terror qruplarından təmizlənməsinin əhəmiyyəti çox böyükdür. Bu məsələyə dair İraqla ilkin razılaşma əldə etmişik. İnşallah, İraqı onlardan təmizləyəcəyik. Kandillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincar da var. Terrorçular hər yerdən təmizlənməlidir. Onların olduğu yerdə əmin-amanlıq olmaz. Biz öz dağlarımızı, şəhərlərimizi terrorçulardan təmizlədiyimiz kimi, İraqı da onlardan təmizləyəcəyik. Suriyanın yenidən bərpasında da iştirak edəcəyik. Bizimlə əməkdaşlıq etmək istəyənlər Suriyanı bölmək istəyən terror qruplaşmalarına dəstəyi dayandırmalıdırlar”.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İraqın bərpası üçün 1,5 milyard dollar məbləğində maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirib.

 

Xatırladaq ki, fevralın 12-də Küveytdə İraqın yenidən bərpası ilə bağlı üçgünlük beynəlxalq konfrans işə başlayıb. Tədbirdə 70 dövlətin, Dünya Bankı, Avropa İttifaqı, BMT, humanitar və hüquq-mühafizə təşkilatlarının nümayəndələri iştirak edirlər.  

 

© Report

14.02.2018 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ