Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

17 bank ötən il mənfəət vergisi ödəməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
17 bank ötən il mənfəət vergisi ödəməyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 17-si ötən il mənfəət vergisi ödəməyib.

 

Reklam_3_11

Bunlar "Access Bank", "AFB Bank", "AGBank", "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Express Bank", "Günay Bank", "Muğan Bank", "NBC Bank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitə Bank", "Turan Bank" və "Unibank"dır.

 

Baxmayaraq ki, adı çəkilən banklardan 6-sı - "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Express Bank", "Günay Bank", "NBC Bank" və "Unibank" 2017-ci ili mənfəətlə başa vurub.

 

13 bank isə ötən il müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (24,84 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (257 min manat) qeydə alınıb.

 

 7 bankın mənfəət vergisi ödəmələri azalıb

 
30 bankdan 7-nin ötənilki mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.

 

Bunlar "Bank Avrasiya", "Naxçıvan Bank", "Xalq Bank", "Bank Silk Vey", "Kapital Bank", "Atabank" və "Azərbaycan Sənaye Bankı"dır.

 

Ən yüksək dinamika "Bank Avrasiya"da (6,9 dəfə), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (6,5%) qeydə alınıb.

 

7 bankın - "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank", "Access Bank", "AFB Bank", "NBC Bank" və Pakistan Milli Bankının Bakı filialında isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma sonuncu 4 bankda (100%), ən az azalma isə "PAŞA Bank"da (10,3%) olub.

 

Qalan 16 bankın isə mənfəət vergisi ödəmələrinin dinamikasına hesablamaq mümkün olmayıb. Buna səbəb həmin bankların son 2 ildə vergi ödəməməsi və yaxud yalnız 2017-ci ildə vergi ödəməsidir. 

 

© Renkinq

14.02.2018 13:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ