Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə sektorunda böyük inqilab

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə sektorunda böyük inqilab

"Western Union" pul transferi üçün "Ripple"ı test edir



 
Beynəlxalq pul köçürmələrini asanlaşdırmaq istəyən maliyyə xidmətləri şirkəti "Western Union", bir müddətdir "Ripple" texnologiyasını test etdiyini açıqlayıb.


"Marja" xəbər verir ki, razılaşma baş tutarsa 3-5 gün davam edən beynəlxalq pul transferləri 4 saniyəyə düşə bilər.
 

Qlobal ödəmə şirkəti "Western Union" tərəfindən verilən açıqlamada kriptovalyuta platforması "Ripple" ilə əməliyyat testinin aparıldığını təsdiqləyib.
 

Şirkətin maliyyə direktoru Raj Agrawal, pul transferlərinin asanlaşdırılması üçün "Ripple" texnologiyasının istifadə edilməsinin planlaşdırıldığını deyib. "Western Union" ötən il milyardlarla dollarlıq pul transferinə imza atıb və 1.4 milyard dollar da gəlir açıqlamışdı.
 

Əməliyyat sürətinə görə ənənəvi bankçılıqda 3 ilə 5 gün arasında davam edən beynəlxalq pul transferləri blok zənciri (blokçeyin) texnologiyası ilə daha qısa müddətdə həll edilir. Bu müddət "Ethereum" üçün 2 dəqiqə, "Bitcoin" üçün bir neçə saatdır. "Ripple" yalnız 4 saniyədə pul transferini həll etdiyini iddia edir.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Mütəxəssislər bu texnologiya ilə maliyyə sektorunda böyük inqilab baş verəcəyini bildirir. "Ripple", ötən günlərdə də Birləşmiş Ərəb Əmirliklərinin ödəmə şirkəti "UAE Exchange" ilə razılaşmışdı.
 

"Ripple", ötən il 35 min faiz dəyər qazanmış və qiyməti 2018-ci ilin əvvəlində 4 dollara yaxınlaşmışdı. Ancaq bazarlardakı kəskin tənəzzüldən sonra 65 sent səviyyəsinədək enmişdi. Hazırda "Ripple"ın qiyməti 1.08 dollardır.

15.02.2018 04:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ