Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avtomobilləri taxoqrafla təchiz etməlidirlər - CƏRİMLƏR NƏZƏRDƏ TUTULUR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobilləri taxoqrafla təchiz etməlidirlər - CƏRİMLƏR NƏZƏRDƏ TUTULUR

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının yeni standartları, bunu yerinə yetirən fiziki və hüquqi şəxslərin yeni vəzifələri müəyyənləşdirilir.

 

Reklam_3_11

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni 6-1 (Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlarası) sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslərin vəzifələri) maddəsinin əlavə edilməsi təklif olunub.

 

Təklifə əsasən beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlarası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlama müddəti bitmiş, plomblanması pozulmuş tamamailə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlarası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Yeni layihəyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinə də yenilik edilir. Məcəllənin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə müvafiq cərimələr nəzərdə tutulur.

 

Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

© APA

15.02.2018 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ