Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Tekfen Holding" meyvəçiliyə daxil olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tekfen Holding" meyvəçiliyə daxil olur

Türkiyənin "Tekfen Holding" şirkəti meyvə istehsalçısı "Alanar" və ting istehsalçısı "Alara Fidan" şirkətlərini satın alıb.

 

"Marja" xəbər verir ki, Türkiyənin Rəqabət təşkilatı satınalmanın qanuna uyğun olduğuna qərar verib.

 

Holdinqə daxil olan "Tekfen Tarımsal Araştırma" şirkəti "Alanar Meyve ve Gıda Üretim Pazarlama A.Ş"nin  90%-ni 48,8 milyon lirəyə satın alıb. 

 

160 MİLYON LİRƏ İNVESTİSİYA PLANI
 
Tekfen, 2018-2020-ci illər arasında "Alanar"a təxminən 6000 hektar yeni bağ, obyekt, maşın və avadanlıq üçün 160 milyon lirəlik sərmayə qoyacaq.


 
Baş ofisi Bursada yerləşən "Alanar" şirkəti Bursa ilə bərabər Manisa, Antalya, Ceyhan, Afyon və Ezine-də meyvə istehsalı və ticarəti sahələrində fəaliyyət göstərir. Şirkət məhsullarının 90%-ni  ixrac edir və həmçinin e-ticarət satış saytı da var. "Alanar"ın özünə aid bağlarının sahəsi təxminən 3600 hektardır.
 

Hazırda 3000 ton həcmində olan istehsal gücünun, qoyulan investisiyalar nəticəsində 10 il ərzində 15 min ton səviyyəsinə qaldırılması məqsədi güdülür.
 

"Alanar", "Tekfen Holdinq"in aktivlərinin 0,7%-i qədər böyüklüyə malikdir.

15.02.2018 12:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ