"Trump onlayn satışlara vergi tətbiq edilməsini qətiyyətlə dəstəkləyir"
ABŞ-ın Xəzinə Naziri Stiven Mnuchin, Prezident Donald Trumpın internet üzərindən aparılan alışı-verişlərə vergi tətbiq edilməsini dəstəklədiyini deyib.
"Marja" xəbər verir ki, Mnuchin, ABŞ Nümayəndələr Məclisində keçirilən iclasda sualları cavablandırıb.
ABŞ Prezidenti Donald Trump ilə apardığı danışıqlarda internetdə aparılan alış-verişlərə qarşı vergi tətbiqini müzakirə etdiklərini qeyd edən Mnuchin, "Prezident Trump onlayn satışlara vergi tətbiq edilməsini qətiyyətlə dəstəkləyir" - deyib.
Trump, daha əvvəl məsələ ilə bağlı olaraq ölkənin ən böyük elektron ticarət şirkətlərindən Amazon-u hədəf almışdı.
Şəxsi sosial media hesabından etdiyi paylaşımda Amazon-un yerli hakimiyyət orqanlarına və ənənəvi pərakəndə satıcılara zərər verdiyini qeyd edən Trump, "Amazon, vergi ödəyən pərakəndə satıcılara böyük zərər verir. ABŞ daxilində qəsəbələr, şəhərlər və vilayətlər zərbə alır, bir çox məşğulluq imkanı yox olur". İfadələrini işlətmişdi.
Ölkədə hazırda internet üzərindən aparılan alış-verişlərə sadəcə satış ilə məşğul olan şirkətin fiziki mağazalarının yerləşdiyi ştatlarda satış vergisi tətbiq olunur.
ABŞ Hökumətinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, internetdən aparılan alış-verişlər əyalətlərin təxminən 13 milyard dollarlıq vergi itirmələrinə səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl