Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Naxçıvan Avtomobil Zavodu Yanvarda da istehsalı bərpa edə bilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan Avtomobil Zavodu Yanvarda da istehsalı bərpa edə bilmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin Yanvar ayında Azərbaycanda minik avtomobili istehsal olunmayıb. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

 

Reklam_3_11

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Ötən ilin İyul ayından Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.


 
01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 115 ədəd təşkil edib. 01.01.2018-ci il tarixində hazır məhsul ehtiyatı 116 ədəd idi.


Naxçıvanın İqtisadiyyat Nazirliyi zavodun fəaliyyətini dayandırdığı barədə susur.

 

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

 

Məhsul növləri

2018-ci ilin yanvar ayında istehsal edilmişdir

Əvvəlki ilin yanvar ayına nisbətən, faizlə

01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

73

-

4

Minik avtomobilləri, ədəd

-

-

115

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

-

-

2

16.02.2018 07:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ