Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sığorta şirkətlərinin rəhbərlərinə tapşırıqlar verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətlərinin rəhbərlərinə tapşırıqlar verildi

Sığorta şirkətlərinin rəhbərləri və Mustafa Abbasbəyli Palatada olublar​


 

Maliyyə Bazarlarına Nəzarət Palatasında sığorta sektorunun cari vəziyyətinin müzakirəsinə dair görüş keçirilib. 

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Sığortaçılar Assosiasiyasının yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli və sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.

 

İ. Alışov çıxış nitqində Assosiasiyanın sədri M. Abbasbəylini sədr vəzifəsinə təyin edilməsi münasibətilə təbrik etdi və gələcəkdə hər iki qurumun daha aktiv əməkdaşlığı nəticəsində sığorta sektorunun inkişafına dair əsas hədəflərə nail olunması üçün həyata keçiriləcək tədbirlər barədə danışıb.

 

İ. Alışov qeyd edib ki, sığorta sektorunun tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və institusional boşluqların aradan qaldırılması, Strateji Yol Xəritəsində nəzərdə tutulan kənd təsərrüfatı sığortası, mikro və müştərək sığorta mexanizmlərinin yaradılması, icbari tibbi sığortanın inkişaf etdirilməsi, ümumilikdə sektorun elektronlaşdırılması və digər istiqamətlər üzrə birgə səylərin artırılması hər iki qurum qarşısında duran əsas prioritet məqsədlərdir.

 

Baş icraçı direktor Assosiasiyanın sədr vəzifəsinə təyinatın həm sektorun, həm də requlyatorun fəaliyyətində effektiv təsir edəcəyinə ümid etdiyini bildirib.

 

Daha sonra M. Abbasbəyli çıxış edərək, Palatanın Assosiasiyadan gözləntilərini dilə gətirib və yaxın gələcəkdə bu istiqamətdə görülməli olan işlərin planlamasını təqdim edib.

 

Görüşdə, həmçinin sığorta sektoruna nəzarət çərçivəsinin qiymətləndirilməsinin aparılması, attestasiya və lisenziyalaşdırma üzrə prosedurların təkmilləşdirilməsi və digər mövzular üzrə təkliflər dinlənib və fikir mübadiləsi aparılıb.

 

Baş icraçı direktor tərəfindən nəzarət mexanizmlərinin gücləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, sağlam, şəffaf sığorta sektorunun formalaşdırılması istiqamətində tövsiyə və tapşırıqlar verilib.

16.02.2018 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ