Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tarixdə bir ilk! Mərkəzi Bank kripto pula keçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixdə bir ilk! Mərkəzi Bank kripto pula keçir

Səudiyyə Ərəbistanının Mərkəzi Bankı və "Ripple" müqavilə imzaladı


 

Reklam_3_11

Səudiyyə Ərəbistanının Mərkəzi Bankı (The Saudi Arabian Monetary Authority (SAMA)) blok zənciri texnologiyası ilə ölkədaxili və xarici ödəmə əməliyyatlarının həyata keçməsi üçün ABŞ-ın "Ripple" şirkətilə müqavilə imzalayıb.


 
"Marja" xəbər verir ki, beləcə, körfəz ölkəsi fintek istifadəsində yeni üsulların kəşf edilməsi üçün ilk pilot proqramına başlamışdır.


 
Eyni zamanda, bir kriptovalyuta olan "Ripple" sayəsində blok zənciri texnologiyası ilk dəfə bir mərkəzi bank tərəfindən kommersiya bankları üçün istifadə edilə bilər hala gətirilir.


 
 BİTCOİN ÜÇÜN XƏBƏRDARLIQ ETMİŞDİLƏR


 
Səudiyyə Ərəbistanının Mərkəzi Bankı daha əvvəl vətəndaşlara Bitcoin alqı-satqısından uzaq durmaq barədə xəbərdarlıq etmiş, əsas olaraq da bankın Bitcoin-i tənzimləmə səlahiyyətindən kənar olmasını göstərilmişdi.


 
"Ripple" verdiyi açıqlamada Səudiyyə Ərəbistanının bu gedişlə daha sürətli, ucuz və şəffaf beynəlxalq pul transferi edəcəyini iddia edir. "Ripple" transmilli bir pul transferi prosesini 4 saniyədə həll edə biləcəyini qeyd edir. Bu müddət "Ethereum" üçün 2 dəqiqədir. Ənənəvi bankçılıqda isə beynəlxalq əməliyyatlar 3- 5 gün vaxt ala bilər.


 
Ötən günlərdə "Ripple" yenə bir başqa körfəz təşkilatı "UAE Exchange" ilə müqavilə imzalamış, "Western Union" bu texnologiyanı test etdiyini bildirmişdi.

18.02.2018 15:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ