Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

65 yaşlı fermer fındıq bağını genişləndirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
65 yaşlı fermer fındıq bağını genişləndirir

Ötən təsərrüfat ilində Qazax rayonunda 50,5 hektar sahədə yeni fındıq bağları salınıb. Rayonda fındıqçılıqla məşğul olan fermerlərdən biri də Çaylı kəndinin sakini 65 yaşlı Qəzənfər Qocayevdir.

 

Qəzənfər Qocayev bildirib ki, fındıqçılıq gəlirli sahə olduğundan iki hektar fındıq bağı salıb. Fermer ötən il 2 min fındıq ağacı əkmişdisə, bu il əlavə olaraq 800 ağac da əkib.

 

Fermer deyir ki, fındıq ağacları arasında digər kənd təsərrüfatı bitkiləri də becərmək mümkündür. O, mövsüm vaxtı ağacların arasına yonca səpməyi planlaşdırır.

 

Alıcılar fındığı elə sahədən alırlar. Bu isə fermerin işini xeyli asanlaşdırır və əlavə xərcdən azad edir. Rayondakı fındıq bağlarının demək olar ki, hamısı fərdi təsərrüfatlardadır.

 

© Azərtac

19.02.2018 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ