Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Qazprom"un qaz ixracında tarixi rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qazprom"un qaz ixracında tarixi rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rusiyanın “Qazprom” şirkətinin hasilat kompleksinin gücü 550 mlrd. kubmetr təşkil edir".

 

Bunu “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib. Onun sözlərinə görə, şirkətin 2017-ci ildəki illik hasilatı 471 mlrd. kubmetr olub ki, bu da şirkətə operativ və əminliklə Rusiya istehlakçılarının payız-qış mövsümü tələbatını, həmçinin Rusiya qazını xarici bazarlara artan tələbatını təmin etməyə imkan verir.

 

A.Miller qeyd edib ki, şirkət qaz nəqli sistemini tədricən yeniləyir: “Hazırda “Qazprom”un magistral qaz kəmərlərinin uzunluğu 170 min kilometrdən artıq təşkil edir. Bu, dünyada ən iri qaz nəqli sistemidir”.

 

A. Miller deyib ki, "Qazprom" dünyada ən iri qaz saxlama gücünə malikdir. Onun sözlərinə görə, 2018-ci ilin yanvarın 1-nə Rusiyada qazlaşdırma səviyyəsi 68,1% təşkil edirb: “Qazprom ötən il qaz ixracında tarixi rekord müəyyən edib. 2017-ci ildə bu rəqəm 194,4 mlrd. kubmetr təşkil edib. Hazırda şirkət Avropa qaz bazarında 34,7% paya malikdir. 1993-cü ildən bəri şirkət qaz ixracını 1,9 dəfə artırıb. Təkcə son 3 il ərzində qaz ixracı 30%-dən çox artıb. 2014-cü ildən bu günə qədər isə “Qazprom” 47 mlrd. kubmetrdən çox qaz ixrac edib”.

 

© APA

19.02.2018 09:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ