Bəşər Əsədin qüvvələri bir neçə saat ərzində Afrinə girəcək
"Reuters"ın Suriya dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd rejiminə bağlı qüvvələr bir neçə saat içində Afrinə girəcəkdir.
Axşam 18:00-dan Əsəd qüvvələrinin Afrinə giriş edəcəyi güman edilir. Həftə ərzində 52 kritik nöqtəyə, bu gün və sabah 4 nöqtəyə rejim əsgərlərinin yerləşdirilməsi gözlənilir.
Məlumata görə, PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilib. Əsəd rejiminin, YPG-nin ağır silahları rejim qüvvələrinə təhvil verməsini şərt qoyduğu da bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır ("Zeytun budağı" əməliyyatı).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
21 d. əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 25 d. əvvəl
- 27 d. əvvəl
-
49 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB