Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

SOCAR-ın Türkiyədəki şirkəti mənfəətini ikiqat artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın Türkiyədəki şirkəti mənfəətini ikiqat artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin hesabatına görə, "Petkim" ötən il 1 mlrd. 430,911 mln. türk lirəlik (650 milyon manat) xalis mənfəətlə başa vurub. 2016-cı il ilə müqayisədə ötən il şirkətin xalis mənfəəti 2,04 dəfə artıb.

 

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

 

© APA

19.02.2018 11:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ