Dövlətin büdcəsində artıqlıq yarandı! Pulları vətəndaşlarına paylayacaq
Sinqapur hökuməti, keçən ilki dövlət büdcəsində 9,6 milyard dollar artıqlıq (profisit) yarandığı üçün yaşı 21-dən yuxarı olan vətəndaşlarına mükfafat (bonus) ödəmək qərarı verib.
"Marja" "Today Online" qəzetinə istinadən xəbər verir ki, illik gəliri 28 min dollar olanlar 300, 28 min ilə 100 min dollar olanlar 200, 100 min dollardan artıq illik gəliri olanlar isə 100 dollar bonus alacaqdır.
Birdən çox əmlaka sahib olanlara isə gəlir vəziyyətindən asılı olmayaraq 100 dollar mükafat ödəniləcək.
Mükafatların il sonunda ödənəcəyi və dövlətə 700 milyon dollara başa gələcəyi bildirilib.
Sinqapurun maliyyə naziri Heng Swee Keat, büdcədə artıqlıq yaranması səbəbindən mükafat ödəmək qərarı verdiklərini bildirərək "Bu, hökumətimizin "Sinqapurun inkişafının "meyvələrini" sinqapurlular ilə bölüşəcəyik" sözümüzü yerinə yetirdiyimizin bir göstəricisidir",- deyib.
Sinqapur, 2011-ci ildə də vətəndaşlarına 100 ilə 800 dollar arasında mükafat ödəmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 22 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir