Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“SOCAR Polymer” zavodlarında tikinti işləri yekunlaşmaq üzrədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Polymer” zavodlarında tikinti işləri yekunlaşmaq üzrədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR Polymer” layihəsi üzrə polipropilen zavodunda işlərin 97,9 faizi, yüksəksıxlıqlı polietilen zavodunda isə 89,5 faizi yekunlaşıb.

 

Reklam_3_11

Bu barədə SOCAR məlumat yayıb.

 

“Bu il istismara verilməsi planlaşdırılan “SOCAR Polymer” zavodlarında tikinti işləri yekunlaşmaq üzrədir. Belə ki, polipropilen zavodunda müxtəlif istiqamətlərdə işlərin 97,9 faizi, yüksəksıxlıqlı polietilen zavodunda isə 89,5 faizi tamamlanıb”, - deyə SOCAR bildirib.

 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsi üzrə işlər son mərhələyə keçib. “SOCAR Polymer” zavodunun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır. Zavodda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. Paralel olaraq müəssisənin xammalla təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür. “Azərikimya”da yeni istehsalat bölmələri yaradılır, qurğular inşa edilir, mövcud avadanlıqlarda rekonstruksiya və modernləşdirmə işləri aparılır.

 

© Azərtac

21.02.2018 05:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ