Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Goldman: Zəif dolların səbəbi ABŞ deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Goldman: Zəif dolların səbəbi ABŞ deyil

ABŞ-dakı büdcə və tədiyyə balansındakı kəsir dolları ucuzlaşdırır? Yoxsa, Dolların ucuzlaşması daha çox Trump rəhbərliyinin zəif dollar siyasətinin nəticəsidir? "Goldman Sachs Group Inc"ın analitiklərinə görə, vəziyyət heç də elə deyil.


 
"Marja" xəbər verir ki, Goldman analitiklərinə görə, dolların mühüm valyutalar qarşısında keçən ilki ucuzlaşması, ABŞ-ın siyasətləri və əsas iqtisadi göstəriciləri ilə daha az bağlıdır. Daha təsirli olan - investorların Avropa və Yaponiya kimi digər yerlərdəki yaxşılaşmaya üstünlük vermələridir. İnvestorlar öz vəsaitlərini Dollardan çıxarıb bu ölkələrə yönəldirlər.

Reklam_3_11


 
Bankın qlobal valyuta və inkişaf edən bazarlar üzrə strateqi Zach Pandl, "Uyğun bir risk mühiti zəif dollar ilə əl-ələ getmək meyli göstərir. Sürətli qlobal inkişaf ABŞ və dollara nisbətən digər iqtisadiyyatları və pullarını önə çıxardı. Bu,  dolların zəifləməsinin əsas səbəbidir",- deyib.
 


Pandl-ın dolların ucuzlaşması ilə əlaqədar olaraq vurğuladığı digər səbəblər:


 
Qlobal iqtisadi güclənmə ticarət həcmlərini artıraraq, Cənubi Koreya və Malayziya kimi ixracatçı ölkələrin pullarını dəstəkləyir.


 
Artan əmtəə qiymətləri Çili daxil xammal ixracatçılarını dəstəkləyir.


 
 ABŞ-ın pul siyasətinə paralel olaraq digər ölkələrin də pul siyasətlərini sərtləşdirmələri Dolları ucuzlaşdırır. Goldman-a görə, Avstraliya və İsveç də daxil bəzi ölkələr bu il faiz artıracaqdır. Avropa Mərkəzi Bankı (AMB) da pul siyasətini sərtləşdirməyə yönələcəkdir. Belə olan halda Avstraliya dolları, İsveç frankı və Avro Dollar qarşısında bahalaşır.

21.02.2018 06:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ