Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AzerGold” Naxçıvanda istismar öncəsi işlərə başlamaq niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” Naxçıvanda istismar öncəsi işlərə başlamaq niyyətindədir

Fevralın 20-də “AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. 

 

QSC-dən "Marja"ya daxil olmuş məlumata grə, Muxtar Respublikanın iqtisadiyyat nazirliyinin təşkil etdiyi tədbir çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər.

 

Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.

 

“AzerGold” QSC 2017-ci ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub

21.02.2018 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ