Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hərracda və hərracdan kənar satılmış Dolların həcmi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərracda və hərracdan kənar satılmış Dolların həcmi açıqlanıb

2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilmişdir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, dövr ərzində ARDNF-in xarici valyuta satışları 3 milyard 597.8 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2016-cı il ilə müqayisədə 26.3% azdır. 

 

Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberg platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərmişdir. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı- satqı əməliyyatlarının həcmi 1 milyard 65 milyon ABŞ dolları olmuşdur. 

 

2017-ci il ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. 

 

İl ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilmişdir. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlamışdır. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdursa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxmış, 06.12.17 tarixində isə minimum həddinə - 1.7000 AZN-ə enmişdir. 2017-ci ilin sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlindən 4% ucuzlaşmışdır. İl ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7206 manat təşkil etmişdir. 

 

"Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 29 dekabr 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5.3 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələmişdir",- İcmalda bidirilir.

21.02.2018 10:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ