Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Məmməd Musayevin rəhbərlik etdiyi təşkilat Özbəkistanda anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məmməd Musayevin rəhbərlik etdiyi təşkilat Özbəkistanda anlaşdı

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Reklam_3_11

Sənədi ÖTSP-nın sədri Adham İkramov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

 

Görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Azərbaycanın Özbəkistan Respublikasında fövqaladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, “Uzstroymaterialı” Səhmdar Şirkətinin sədri Botir Zaripov, “Tashkent City” Unitar Müəssisəsinin direktoru Caxongir Artıkxocayev, “Uzkimyesanoat” Səhmdar Cəmiyyətinin sədr müavini Dmitriy Pak, Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsinin sədr müavini Laziz Kudratov, “Uzbekneftqaz”, "Navruz International Corp", “Middle Asia Rotoplast” şirkətlərinin nümayəndələri və azərbaycanlı sahibkarlar iştirak ediblər.

 

İmzalanma mərasimuindən əvvəl Daşkənddə səfərdə olan Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistan – Azərbaycan biznes forumunda iştirak ediblər.

 

Bu gün azərbaycanlı iş adamları Səmərqəndə yola düşəcək. Orada şəhər icra hakimiyyətinin rəhbərliyi və yerli sahibkarlarla görüş keçiriləcək.

 

Qeyd edək ki, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması, iş adamlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurmaq və Özbəkistanda investisiya mühiti ilə tanış olmaq məqsədi daşıyır.

21.02.2018 11:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ