Azərbaycanın 2 şirkəti Daşkənddə ofis açmaq istəyir
Özbəkistanın İnvestisiyalar üzrə Dövlət Komitəsi sədrinin müavini Laziz Kudratov Daşkənddə keçirilən birinci Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin başçılığı ilə iş adamlarının bir qrupunu qəbul edib.
Görüşdə Bakıdakı “Alians” tikinti şirkətinin baş direktoru Namiq Babayev və müxtəlif sahələr üzrə fəaliyyət göstərən “Bestcomp group” şirkətinin Mərkəzi Asiya üzrə direktoru Xəlil Ələkbərov Daşkənddə ofis açmaq niyyətində olduqlarını bildiriblər. Söhbət zamanı bununla əlaqədar müzakirələr aparılıb.
"Alians Development and Construction" 2014-cü ildən fəaliyyətə başlayıb.Tikinti layihələrinin təşkilini, maliyyə, marketinq və satışını təmin edir.
1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group-un fəaliyyəti distribüsiya, layihə həlləri, kommunikasiya, şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 9 saat əvvəl