Dövlət Sığorta Kommersiya Şirkətində böyük azalma
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cari ilin Yanvar ayında topladığı sığorta haqları 2017-ci ilin Yanvar ayı ilə müqayisədə kəskin azalıb.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin yanvarında 3 milyon 201 min manat yığan şirkət, 2018-ci ilin yanvarında 681 min manat sığorta haqları toplayıb. Qısası, illik müqayisədə 4,7 dəfə azalma baş verib.
Şirkətin ödənişləri isə 462 min manatdan 584,2 min manata qalxıb.
Dövlət Sığorta Kommersiya Şirkəti 2016-cı ildə 41 milyon 224 min 916 manat, 2017-ci ildə isə 40 milyon 444 min 876 manat sığorta haqları toplamışdı. Şirkətin ödənişləri müvafiq olaraq 16 milyon 166 min 169 manat və 12 milyon 370 min 915 manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
22 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 29 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir