Caspian Ambassadors Club-un ənənəvi illik dəyirmi masası təşkil olunacaq
Caspian European Club (Сaspian Business Club) və Caspian American Club çərçivəsində 2017-ci il fevralın 8-də Bakıda Caspian Ambassadors Club-un ənənəvi illik dəyirmi masası keçiriləcək.
“Caspian Ambassadors Club çərçivəsində Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyət göstərən dövlətlərin sahibkarlarının üzləşdikləri problemlər, Azərbaycanın müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran suallar, həmçinin onların iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təklifləri öyrəniləcək. Təşkil olunmuş dəyirmi masada iştirak edən səfir və diplomatik nümayəndələr eyni zamanda təmsil etdikləri ölkələrin bazarlarındakı fəaliyyətlə bağlı Azərbaycan sahibkarlarının sualları, problem və təklifləri ilə tanış ola biləcəklər”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Görüşdə xarici dövlətlərin səfirlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirilən yol xəritələrinə münasibəti müzakirə olunacaq. Ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinin inkişafı üzrə qəbul olunmuş 12 yol xəritəsi və Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəzərə alınmaqla əcnəbi investorlarla dialoqun fəallaşdırılması qeyri-neft sektorunun gələcək sabit və rəqabətədavamlı inkişafı üçün xarici investorların cəlb edilməsi prosesinin sürətlənməsinə xidmət edəcək”, - deyə Telman Əliyev vurğulayıb.
“Müzakirələrin yükunu Caspian European Club (Сaspian Business Club) və Caspian American Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunacaq”, - deyə Telman Əliyev çıxışına yekun vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
14 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 55 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 4 saat əvvəl
- 4 saat əvvəl