Airbus "uçan taksinin" videosunu yaydı - DAMDAN - DAMA SƏRNİŞİNDAŞIMA
Fransanın Airbus şirkəti, uçan taksi modeli "Vahana"nın test uçuşunun görüntülərini yayıb.
"Marja" xəbər verir ki, test uçuşu ABŞ-ın Oregon ştatının Pendleton şəhərində aparılıb.
Videoda, yumurta formalı silindirik bir kabini daşıyan, 4 qanad və 8 üfüqi pərvanədən ibarət olan elektrikli vasitənin, 53 saniyə havada qaldığı və sonra yerə endiyi görülür.
2016-cı ildə başlanmış layihə üzrə seriyalı istehsala 2020-ci ildə başlanacaqdır.
Airbus-un uçan taksisi "Vahan" 6.2 metr genişliyində, 5.7 metr uzunluğunda və 2.8 hündürlüyündədir. Vasitənin ağırlığı isə 744 kiloqramdır.
Şirkətdən verilən açıqlamaya görə, elektrik enerjisi ilə çalışan, şaquli qalxa və enə bilən vasitə ilə böyük şəhərlərin tıxac probleminə qarşı damdan dama sərnişindaşıma xidmətinin təmin edilməsi məqsədi güdülür.
Uçuş, quru nəqliyyat vasitələri ilə müqayisə daha böyük miqdarda enerji tələb edir və mövcud batareya texnologiyası hələ uçuş üçün lazım olan səviyyədə deyil.
"Vahana"nın çox yüksəkdə olmasa da müəyyən müddət havada qala bilməsi bu sahədə xeyli irəliləyiş olaraq qiymətləndirilir.
"Vahana" layihəsinin meneceri Zach Lovering, "Məqsədimiz, sıx şəhər trafikinə həll ola biləcək bir nəfərlik elektrikli sürücüsüz taksi çıxarmaqdır."Vahana"nın uçuşu mühüm bir addımdır",- deyib.
"Uber"in də layihəni diqqətlə izlədiyi bildirilir.
"Airbus"un amerikalı rəqibi "Boeing" də bənzər istiqamətdə addımlar atır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl