Çəltik fermerləri ruhlandırır - sahələr 3 dəfəyədək artırılır
Astaralı fermerlər və məhsul istehsalçıları ötən təsərrüfat ilində çəltikçilik sahəsində qazandıqları uğurlardan ruhlanaraq əkin sahələrini üç dəfəyədək genişləndirməyi planlaşdırırlar.
Dövlət tərəfindən məhsul istehsalçılarına çəltik əkininə görə hər hektara verilən 90 manat subsidiya əkinçilərin bu sahəyə marağını daha da artırıb.
Havaların yağmursuz keçməsindən istifadə edən məhsul istehsalçıları hazırda torpaq sahələrində birinci şumlamanı aparırlar. Əkin kampaniyasına isə aprelin sonu, mayın əvvəllərində başlanılacaq.
Astara rayonunun Artupa kənd sakini Araz Rzayev ilk illər 1-2 hektarda çəltik əkib. Yüksək məhsuldarlıq və gəlirdən ruhlanan fermer ilbəil əkini çoxaldıb.
Təsərrüfat sahibi bu il hətta qonşu kəndlərdən də icarəyə torpaq götürüb. O deyib: “Ötən il Artupa kəndində 15 hektar çəltik əkmişdik. Bu il isə qonşu Ərçivan qəsəbəsində 25 hektarda çəltik əkməyi nəzərdə tutmuşuq”.
Qeyd edək ki, ötən il Astara rayonunda 133 hektar çəltik sahəsindən 532 ton məhsul istehsal olunub.
Məhsul istehsalçıları bu il rayonda 300 hektarda çəltik əkilməsini planlaşdırırlar. Qarşıdakı illərdə isə bu rəqəmin 1000 hektara çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl