Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“İnci” şirkətinin əməkdaşları “Ana harayı” abidəsini ziyarət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnci” şirkətinin əməkdaşları “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da “İnci” şirkətinin əməkdaşları Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

 

Ziyarət zamanı şirkətin əməkdaşları tərəfindən Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub.

 

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

 

Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

26.02.2018 12:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ