Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

3 ildir zərər açıqlayan bank gəlirinin artacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 ildir zərər açıqlayan bank gəlirinin artacağını gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AGBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb. 

 

Reklam_3_11

"AGBank" 2015-ci ili 88 milyon 386 min manat zərər ilə başa vurmuşdu. 

 

Bu il, kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə  “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 milyon manat məbləğində 3,5 milyon ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır.

 

Nizamnamə kapitalının 7 milyon manat artırılmasından sonra Bankın məcmu kapitalının 50 milyon manatı üstələyəcəyi gözlənilir.

 

Emissiyanın “İnformasiya memorandumu”nda qeyd olunur ki, yeni səhm buraxılışı ilə cəlb ediləcək vəsait bankın maliyyə sabitliyinin güclənməsinə, bu da bankın gəlirinin artmasına səbəb olacaqdır. Bu isə öz növbəsində bankın dividentlərinin artması ilə nəticələnəcəkdir.

 

Xəbər verdiyimiz kimi, hər birinin nominal dəyəri 2 manat olan 7 milyon manat məbləğində 3,5 milyon ədəd adi səhmlərə abunə yazılışı 26 fevral 2018-ci il tarixində başlayıb və 26 may 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.

 

Abunə yazılışı 3 ay ərzində həyata keçiriləcək.

 

Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində qiymətli kağızların BFB-də kütləvi yerləşdirilməsinə başlanılacaq və 7 (yeddi) iş günü ərzində yerləşdirilməsi həyata keçiriləcək.

 

Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

 

-ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;

 

-digər investorlar arasında səhmlərin yerləşdirilməsi.

27.02.2018 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ