Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İxracda ƏDV maneəsi - "Xarici bazarda uduzuruq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxracda ƏDV maneəsi - "Xarici bazarda uduzuruq"

İxrac üçün ən böyük maneələrdən biri xammalın alışı zamanı ödənilən əlavə dəyər vergisidir. 

 

METAK şirkətinin satış direktoru Tural Xəlfəyevin “Marja”ya müsahibəsində bildirib ki, ixrac zamanı ƏDV 0% dərəcəsi ilə təyin olunmasına baxmayaraq xammalın alışında ödənilmiş ƏDV bizə geri qaytarılmır və faktiki olaraq həmin ƏDV dövlət büdcəsində artıq ödəmə şəklində qalır. Nəticə etibarı ilə ƏDV-nin geri qaytarılmaması Azərbaycan istehsalçılarının xarici bazarlarda rəqabət qabiliyyətini aşağı salır. Halbuki, xarici ölkələrin ixrac praktikasında ixracın stimullaşdırılması üçün bu mexanizm yəni ƏDV-nin geri qaytarılması mexanizmi tətbiq edilir. 

 

"Eyni məhsulun alışı üçün potensial xarici alıcılar, bizə və eyni zamanda digər ölkələrin istehsalçılarına müraciət edirlər. Əksər hallarda digər ölkələrin istehsalçıları daha aşağı qiymət təklif etdikləri üçün müştəri onları seçir. Çünki, digər ölkələrin istehsalçıları ixrac edəcəkləri mallara görə xammal alışı zamanı ödədikləri ƏDV-ni rahat şəkildə geri alırlar ki, bu da istehsal olunmuş malın qiymətinə təsir edir".

27.02.2018 07:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ