Özəl təhsildə razılaşma - ŞİRKƏTLƏR MEMORANDUM İMZALADI
“İnci” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "EDUGrata" Təhsil Mərkəzi ilə “Engineering for Kids” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Şirkətdən "Marja"ya verilən məlumata görə, memorandumun məqsədi təhsilə elmin, texnologiyanın və mühəndisliyin inqerasiyasını tətbiq etmək, təhsilalanların yaradıcı düşüncəsini inkişaf etdirməklə müasir, fəal-interaktiv təlim metodllardan istifadə bacarıqlarını artırmaqdır.
Memoranduma əsasən, “Engineering for Kids” şirkəti "EDUGrata" Təhsil Mərkəzi ilə birlikdə erkən yaşlardan texniki elmlərə yiyələnmək istəyən 4-14 yaşlı uşaqlar üçün aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər:
-Biliklərin real həyata uyğunlaşdırılması
-Layihə əsaslı təhsil
-Mühəndislik layihələri proseslərinin öyrənilməsi
-Praktik dərslərlə tətbiqi qabiliyyətlərin inkişafı
-Dərin elmi biliklərin sadə və əyləncəli izahı
-Kritik düşünmə, problem həlli səriştələrinin inkişafı
-Təqdimat və qrup işi bacarıqlarının inkişafı
-Müasir dövrün çağırışlarına hazırlıq
-Karyera seçiminə dəstək
Qeyd edək ki, tədbir çərçivəsində “Bilik Yarışı-5” qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Tədbiri giriş sözü ilə açan "EDUGrata" Təhsil Mərkəzinin rəhbəri Əmənov Rauf şagirdlərə gələcək sınaqlarda uğurlar arzulayaraq onların şəxsi bilik və bacarıqlarını inkişafı haqqında müəyyən məsləhətlər verib.
7 sinif (2-8) ilk 3 yeri tutan 28 şagirdə hədiyyələr təqdim olunub. Yer tutan şagirdlərə “Ofisait” mağazalar şəbəkəsindən hədiyyə kartları, "EDUGrata" Təhsil Mərkəzi xidmətlərindən endirim kartları, eyni zamanda “Engineering for Kids” şirkətindən endirim kartları təqdim olunub.
Qeyd edək ki, növbəti “Bilik Yarışı-6” , 11 mart tarixində keçiriləcəkdir. Yarışda iştirak etmək üçün 9 mart tarixinə qədər Təhsil Mərkəzində qeydiyytadan keçmək lazımdır.
Ünvan: 6-cı mkr, İlqar Cümşüdov küç, Göz xəstəxanasının yanı,
Əlaqə: 070 253 29 29, 070 263 29 29
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl