Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

APRA və İPRA birgə əməkdaşlığa dair müzakirələr aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
APRA və İPRA birgə əməkdaşlığa dair müzakirələr aparıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İPRA prezidenti Bart de Vries: "Azərbaycan İPRA-da təmsil olunan Qafqaz regionunun ilk ölkəsi ola bilər"

 

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələri Bakı şəhərində səfərdə olmuş Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (İPRA) prezidenti cənab Bart de Vries ilə işgüzar görüş keçirib. İki təşkilat arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə baş tutan görüşdə tərəflər Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsinin inkişafına təsir göstərə biləcək bir sıra mühüm mövzularla bağlı razılıq əldə edib.

 

Görüşdə müzakirə edilmiş mövzulardan biri beynəlxalq təcrübəyə çıxış imkanı əldə etmək istəyən yerli PR mütəxəssisləri üçün İPRA-nın üzvlük imkanlarının təqdimatı olub. Belə ki, İPRA prezidenti bildirib ki, rəhbərlik etdiyi beynəlxalq təşkilat özünün üzvlük hüdudlarının daha da genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan İPRA-da təmsil olunan Qafqaz regionunun ilk ölkəsi ola bilər və bu məqsədlə APRA-ya İPRA-nın regional bölməsi statusunun verilməsi mümkündür. "İPRA-nın Azərbaycanda APRA üzərindən regional bölməsinin yaradılması hər iki təşkilatın qarşısında peşəkar kommunikasiya mütəxəssisləri icmasında daha geniş təmsilçilik imkanları açacaq", deyə cənab Bart de Vries vurğulayıb.

 

Tərəflər həmçinin İPRA-nın hər il təşkil etdiyi “Golden World Awards” (GWA) müsabiqəsi barədə də fikir mübadiləsi aparıb. Məlumat verilib ki, sözügedən müsabiqə dünyada ictimaiyyətlə əlaqələr sahəsində keçirilən ən nüfuzlu sahəvi müsabiqələrdən biridir və bir neçə kateqoriya üzrə dünyanın bir çox bölgələrindən təqdim edilmiş çoxsaylı PR layihələrinin münsiflər tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. APRA nümayəndələri GWA müsabiqəsinin işində yaxından iştirak etməkdə maraqlı olduqlarını və bu müsabiqədə Azərbaycandan uğurlu PR layihələrinin iştirakını təmin edə biləcəklərini ifadə edib. Bunun qarşılığında yerli mütəxəssislərin layihələrinin sözügedən müsabiqədə təmsil olunmasının əvəzolunmaz təcrübə və yeni əlaqələr qazanılmasına yol açacağı bildirilib.

 

Görüşün sonunda tərəflər qarşılıqlı işgüzar münasibətlərin qurulması istiqamətində birgə əməkdaşlıq üzrə konstruktiv dialoqun davam etdirilməsinə dair razılıq əldə ediblər.  

27.02.2018 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ