Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

1,65 milyon dollarlıq SOCAR İstiqrazı satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
1,65 milyon dollarlıq SOCAR İstiqrazı satılıb

Azərbaycanın qiymətli kağızlar bazarında 19-23 fevral tarixlərində SOCAR İstiqrazları üzrə 1,65 milyon dollarlıq əməliyyat aparılıb.

 

İstiqrazların marketmeykeri "PSG Kapital" şirkətinin məlumatına görə, ötən həftə təkrar bazarda 1 644 istiqraz alınıb-satılıb. Ötən həftə bazarda satılan istiqrazların böyük hissəsi fiziki şəxslər tərəfindən alınıb. İstiqrazların orta qiyməti 1 005,05 dollar olub.

 

2018-ci ildə SOCAR İstiqrazları ilə 11,9 milyon dollarlıq əməliyyat aparılıb.

 

Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR İstiqrazları ilə aparılan əməliyyatların həcmi 134,6 milyon dollar təşkil edir.

 

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5%-dir. İstiqraz buraxılışınını marketmeykeri “PSG Kapital” şirkətidir.

 

SOCAR-ın geri alma zəmanəti ilə istiqazları istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.

28.02.2018 08:09

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ