Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

3 bank Mərkəzi Banka borcunu tam qaytarıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 bank Mərkəzi Banka borcunu tam qaytarıb

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

 

Bu banklardan 3-ü - "Azərbaycan Sənaye Bankı", "Kapital Bank" və "Yapı Kredi Bank Azərbaycan" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.

 

Bununla yanaşı, 8 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Nikoyl Bank", "AGBank", "Bank BTB", "Bank Silk Vey", "Access Bank", "Bank of Baku", "Günay Bank" və "PAŞA Bank"dır. Ən çox azalma "PAŞA Bank"da (86,9% az), ən az azalma isə "Nikoyl Bank"da (0,5%) qeydə alınıb.

 

2 bankın - "Bank VTB Azərbaycan" və "Xalq Bank"ın AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir. 1 bank - "Atabank" isə tənzimləyici qurum qarşısında öhdəliklərini 2 dəfə artırıb.

 

7 bankın - "AFB Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı və "Zıraat Bank Azərbaycan"ın isə AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb. Çünki bu bankların son 1 ildə tənzimləyici qurum qarşısında öhdəlikləri olmayıb.

 

9 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Muğan Bank", "Rabitə Bank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikası barədə məlumat verməyiblər. 

 

© "Renkinq"

28.02.2018 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ