Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Nar” Barselonada keçirilən Mobil dünya konqresində iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” Barselonada keçirilən Mobil dünya konqresində iştirak edib

“Nar” nümayəndə heyəti dünyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorlarının qatıldığı Mobil dünya konqresində (GSMA Mobile World Congress) iştirak edib.

 

İspaniyanın Barselona şəhərində keçirilən bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılıblar.

 

Tədbirdə aktiv iştirak edən “Nar” nümayəndə heyəti digər konqress iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılaraq təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında öz fikirlərini bölüşübər. Hər zaman innovativ texnologiyalara üstünlük verən şirkətin rəhbər heyəti Mobil dünya konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də fəal iştirak edib. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə qonağın qatıldığı mötəbər tədbirdə fərqli sessiyalar keçirilib.

 

“Nar” haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

28.02.2018 14:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ