Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın özəl şirkətinin istiqrazlarında sıçrayış

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın özəl şirkətinin istiqrazlarında sıçrayış

METAK istiqrazlarının qiyməti yüksəlir.

 

Xəbər verdiyimiz kimi, 29 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin 2 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN təşkil etmişdi. Yerləşdirmə 3 əqd üzrə (200 min manat, 1 milyon 650 min manat və 150 min manat) baş tutmuşdu.

 

Qeyd edək ki, 1000 ədəd METAK istiqrazları 14%-lə emissiya edilib. Faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir. Müqayisə üçün qeyd edək ki, banklarda depozit faizləri 6-12% civarındadır.

 

“Marja” xəbər verir ki, METAK istiqrazlarının təkrar bazarı canlanır. Artıq Fevral ayının 27-dək 5 müqavilə bağlanıb və təkrar bazarda METAK istiqrazının qiyməti 1003 manatdan 1019,5484 manata yüksəlib. 5 müqavilənin məbləği 1 milyon 11 min 143 manatdır.

 

Fevral ayının 9-da bağlanmış müqavilə ilə 1003,3991 manatdan 50 istiqraz (50169,95 manat), 15 Fevral tarixində bağlanmış müqavilələr ilə 1006,4299 manatdan 262 istiqraz (263684,63 manat) və 1006,0506 manatdan 70 istiqraz (70423,54 manat), 22 Fevralda 1009,0894 manatdan 15 istiqraz (15136,34 manat) və 27 Fevralda 1019,5484 manatdan 600 istiqraz (611 729,04 manat) satılıb.

 

Qeyd edək ki, METAK şirkəti zaman keçdikcə böyüyür və gəlirləri artır. Şirkət boru istehsalı və satışı ilə bərabər, bitkiçilik və meyvəçilik üzrə taraların istehsalına da yönəlib.

 

Qeyd edək ki, METAK istiqrazlarının satışları AzFinance investisiya şirkəti tərəfindən təşkil olunur AzFinance hər bir alıcıya onun istədiyi tarixdə istiqrazları geri almaq barədə seçimini də təqdim edir.

01.03.2018 05:13

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ