Notlara 1 milyard manata yaxın tələb olub
28 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 20 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 942 milyon 374 min 100 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 28.03.2018
DEPOZİT HƏRRACLARINDA DA TƏLƏB 1 MİLYARD MANATA YAXINDIR
Xəbər verdiyimiz kimi, 26.02.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən 200 milyon manatın cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 952,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.
Tələbin böyük olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Banklar nağd vəsaitlərini real sektora ötürməkdə çətinlik çəkirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl