Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın iri bankı hədəfini böyüdüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri bankı hədəfini böyüdüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı korporativ bizneslə bağlı əsas hədəflərini açıqlayıb.

 
 Bankın İdarə Heyəti sədrinin Korporativ biznes üzrə müşaviri Ülvi Qasımov "Marja"ya müsahibəsində 
 bildirdi ki, indi Bankın 3 illik strateji planı hazırlanır:

Reklam_3_11

 

"2018-ci ilin büdcəsi təsdiqlənib. Burada korporativ bankçılıqla bağlı bir sıra mühüm hədəflər əksini tapıb. Azərbaycan Beynəlxalq Bankı tarixən, demək olar, yalnız iri korporativ layihələrin maliyyələşdirilməsini həyata keçirib. Və belə bir imic formalaşdırıb ki, bu bankdan yalnız iri korporativ kreditlər götürmək mümkündür. Amma bu il Azərbaycan Beynəlxalq Bankı  kiçik və orta sahibkarlığın da maliyyələşdirilməsinə başlayır. Artıq bu sahədə hədəflər müəyyənləşib. Əməkdaşların cəlbi prosesi həyata keçirilir. Müəyyən filiallarda, satış nöqtələrində hazırlıq prosesi aparılır. Ümid edirəm ki, bu yöndə həyata keçirəcəyimiz işlər ölkə iqtisadiyyatına, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli töhfələr verəcək. Tam əminliklə deyə bilərəm ki, bu il bazarda Azərbaycan Beynəlxalq Bankının kifayət qədər aktivliyi görünəcək. Bunu həm müştərilərimiz həm də digər banklar hiss edəcəklər". 

 

 "LAYİHƏLƏR AXTARIŞINDAYIQ"

 

Ölkəmizdəki bir çox banklar kimi Azərbaycan Beynəlxalq Bankı da indi kifayət qədər likvid vəsaitlərə malikdir. O, "Bank izafi likvidlik problemini necə həll edəcək?" sualına aşağıdakı şəkildə cavab verdi:

 

Biz likvid vəsaitlərimizi müştərilərimizin kredit tələbatlarına yönəltməyə çalışırıq. Qeyd etdiyim kimi, maliyyələşmə üçün banka müraciət edən müştərilərlə görüşlər keçirilir. Müştərilərə həm xarici, həm də milli valyuta ilə kreditləşmə təklif edilir. Xarici valyutada maliyyələşmə təklif etdiyimiz müştərilərdə axtarılan əsas cəhət odur ki, bu müştərilərin xaricdən valyuta daxilolmaları olsun. Yəni, gələcəkdə xarici valyuta ilə bağlı risklər yaranmasın. Bir sözlə, layihələr axtarışındayıq. Elə bu müsahibədə də fürsətdən istifadə edərək, iş adamlarına üz tutub deyirəm ki, yeni layihələriniz varsa, böyük maliyyə tərəfdaşı axtarırsınızsa, Azərbaycan Beynəlxalq Bankına müraciət edə bilərsiniz. Bankın  bütün regionlarımızı əhatə edən 36 filialı, 40 şöbəsi var. Bu satış nöqtələrimizin hər birində biz böyük məmnuniyyətlə sizin biznes layihələrinizi qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq".

 

Ülvi Qasımovun Marja-ya müsahibəsi: http://marja.az/news/21386

01.03.2018 07:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ