Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Manatın məzənnəsi qeyri-neft sektorundan asılı olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manatın məzənnəsi qeyri-neft sektorundan asılı olacaq"

"Azərbaycan Mərkəzi Bankı (AMB) gündəlik dəyişiklikləri nəzərə alaraq zərurət yaranarsa, valyuta bazarına müdaxilə edəcək".

 

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında AMB-nin Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib.

 

Onun sözlərinə görə, AMB-nin valyuta bazarındakı iştirakı istisna olunmur, lakin bu iştirak çox az və məhdud sayda olacaq. "Mərkəzi bank olaraq məzənnənin valyuta bazarındakı tələb və təklifdən asılı olmasına şərait yaradacağıq. İqtisadiyyatın digər sektorlarındakı tədbirlər də məzənnəyə təsir edəcək. Qeyri-neft sektorunda tədiyyə balansında da əhəmiyyətli yaxşılaşma görürük. Biz turizm xidmətləri balansında da müsbət saldoya nail olmuşuq. Kapital hesabında da müsbət saldo var. Partnyor ölkələrdə iqtisadi vəziyyətin yaxşılaşması valyuta daxilolmalarına müsbət təsir göstərir. Bütün bu tendensiyalar valyuta bazarına təsir edəcək. Fiskal qaydalara keçiddən sonra Dövlət Neft Fondunun valyuta təklifi illər üzrə daha stabil olacaq. Bu vaxta qədər fondun təklifləri həmişə dəyişkən olub. Fiskal qaydaların tətbiqindən sonra bu təklif stabil olacaq. Nəticə etibarilə məzənnə qeyri-neft sektoru üzrə valyuta daxilolmaları və xaricolmalarından asılı olacaq".

 

© APA

01.03.2018 08:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ