Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bank sektorunda bir neçə oyuncu hakim mövqe tutacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank sektorunda bir neçə oyuncu hakim mövqe tutacaq"

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda vəziyyətin sabitləşdiyini qeyd edir.

 

"Hazırda respublikanın bank sistemi sabitdir. Yaxın illərdə iqtisadi dinamikanın yaxşılaşacağını gözləyirik. Xüsusilə 2021-ci ilədək ÜDM-nin 3,3% artacağını proqnozlaşdırırıq", - deyə agentliyin məlumatında bildirilir.

 

S&P-nin qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadiyyatı transformasiya mərhələsindədir ki, bu da bank sektoruna böyük təsir göstərir. "Ölkənin maliyyə sistemi zəif olsa da, güman edirik ki, sektor iqtisadi artım tempinin yaxşılaşması fonunda tədricən bərpa olunacaq", - deyə məlumatda qeyd olunur.

 

Agentlik bildirir ki, bank sektorunun strukturu dəyişməyəcək və burada əvvəlki kimi bir neçə oyuncu hakim mövqe tutacaq.

 

S&P-nin proqnozlarına görə, bu il bank sektoru üzrə vaxtı ötmüş kreditlərin xüsusi çəkisi 23-25% səviyyəsində olacaq.

 

Agentlik əhalinin bank əmanətləri üzrə dollarlaşmanın səviyyəsinin 65%-dək (2017-ci ilin sonuna) azaldığını, eləcə də bank sektorunda dollarlaşmanın səviyyəsinin yüksək olması ilə əlaqədar risklərin mövcud olduğunu vurğulayır.

 

© İnterfax-Azərbaycan

02.03.2018 11:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ