"Azərbaycanda banka çevrilmək planımız yoxdur, amma..."
“TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) uzunmüddətli perspektivdə Azərbaycan bank lisenziyası üçün müraciət etmək imkanını istisna etmir.
Bunu müsahibəsində “TBC Kredit”in direktoru Nukri Tetraşvili deyib.
O bildirib ki, Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” üçün Azərbaycan bazarı maraq kəsb edir:
“Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaşdır. Ona görə də istisna olunmur ki, "TBC" Azərbaycanda da bank kimi fəaliyyət göstərmək niyyətində olsun. Qeyd etmək istəyirəm ki, hazırda bizim bu cür planlarımız yoxdur, amma Azərbaycan bazarının vacibliyi və əhəmiyyətini nəzərə alaraq bu, uzunmüddətli perspektivdə mümkündür”.
N.Tetraşvilinin sözlərinə görə, “TBC Kredit” həmişə bank normativ tələblərinə cavab verməyə çalışıb:
“Biz bank olmasaq belə, çalışmışıq ki, Azərbaycanda banklar qarşısına qoyulan tənzimləyici tədbirlərə əməl edək. Məsələn, indi BOKT-lardan kredit verilməsi zamanı ehtiyatların yaradılması tələb olunmur, amma biz daxili hesabatlılıq üçün bu addımı atırıq. “TBC Bank”ın səhmləri London Fond Birjasında kotirovka olunur, ona görə də əsas şirkətimiz tərəfindən bizə audit, maliyyə hesabatlılığı və digər məsələlərlə bağlı ciddi tələblər qoyulub”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl