Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azerspace-1"in yanvarda əldə etdiyi gəlir açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azerspace-1"in yanvarda əldə etdiyi gəlir açıqlandı

Bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azerbaijan International Mining Company Ltd.”nin Azərbaycandakı nümayəndəliyi, “Agrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Gulf Drilling Supply FZE” şirkətinin Azərbaycandakı Filialı, “CTS-Agro” MMC, "Baku Steel Company" MMC, "Azagroeksport 2017" MMC, "Food export Şəmkir" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC və “İlham-M” MMC təmsil olunub.

 

Bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib.

 

O, qeyd edib ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib: "Bunlar SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC-dir".

 

İİTKM rəsmisi xidmət ixracından da danışıb. Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edib:

 

"Cari ilin ilk ayında “Azərkosmos” peyk telekommunikasiya xidmətlərininin ("Azerspace-1") ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib. “Azərkosmos”un yanvarda xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub".

 

Departament rəhbəri həmçinin bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 70% artaraq 1,022 mlrd. manat təşkil edib.

05.03.2018 10:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ