Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-in 62%-ni təşkil edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-in 62%-ni təşkil edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 43,7 mlrd. manat və ya ÜDM-in 62%-ni təşkil edib. Bu barədə hökumətin 2017-ci il ərzində hesabatında qeyd edilir.

 

Reklam_3_11

2016-cı ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-in 71,1% təşkil edib.

 

“2017-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 43,7 mlrd. manat və ya ÜDM-nin 62%-i səviyyəsində qiymətləndirilir (qeyri-neft ÜDM-in 99%-i). Bununla belə, maliyyə sistemi aktivlərinin 64%-i bankların payına düşür (2016-cı ilin yekunları üzrə 73,2%)", - hesabatda qeyd olunur.

 

2016-cı illə müqayisədə ötən il bankların aktivləri 11,2% azalıb.

 

Maliyyə sisteminin aktivlərinin strukturunda 33,4% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

 

Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə təsiri cüzidir müvafiq olaraq 2,3% və 0,3% təşkil edir.

 

2017-ci ilin sonuna Azərbaycanda 30 bank və 21 sığorta şirkəti, 6 investisiya şirkəti və 123 BOKT lisenziyaya malik olub.

 

© İnterfaks-Azərbaycan

 

 

06.03.2018 06:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ