Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"İnsanların banklara inamı bərpa olunur, 2018 daha yaxşı olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnsanların banklara inamı bərpa olunur, 2018 daha yaxşı olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin maliyyə nəticələri gözlənidiyimizdən daha yaxşı olacaq.

 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.

 

“2017-ci ilin yekunundakı göstəricilər 2018-ci il üçün müsbət proqnozlar verməyə əsas verir. Ötən il inflyasiya 12,9% olub, bu il üçün qiymət artımı dəhlizi 6-8% müəyyənləşdirilib. Beynəlxalq təşkilatlar isə bu rəqəmin 7% olacağını bəyan edib. 2018-c ildə Azərbaycan iqtisadiyyatı daha sürətlə, dinamik inkişaf edəcək”, - deyə o, qeyd edib.

 

MBNP rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda maliyyə aktivləri ümumi daxili məhsulun (ÜDM) 60%-dən çoxunu əhatə edib: “Aktivlərin əsas hissəsi bank sektorunda cəmləşib. Banklar 5 mlrd. manat məbləğində kredit veriblər”.

 

Bundan başqa, İ.Alışov qeyd edib ki, Azərbaycan manatının sabitliyinə nail olunub:

 

“Manatın möhkəmlənməsinin fonunda banklara inamın bərpa olunmasının ilkin siqnalllarına sahib olduq. Etimatı bərpa etmək üçün onu qazanmaqdan daha çox resurs lazımdır. 2017-ci ilin yekun rəqəmlərinə əsasən, insanların bank sektoruna inamı bərpa olunur. Əmanətlər artmağa başlayıb. Tələbli əmanətlər azalıb, müddətli əmanətlər, xüsusilə də manatla yerləşdirilən müddətli əmanətlər artıb”. 

 

© Report

06.03.2018 08:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ