Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Xəbərdarlıq - Anbarlarda daha az su toplanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəbərdarlıq - Anbarlarda daha az su toplanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu mövsümün quraqlıq keçməsilə əlaqədar olaraq Azərbaycanın su anbarlarında daha az su toplanıb.

 

“Marja”nın məlumatına görə, bunu “Meliorasiya və Su Təsərrüfatı “ASC-nin sədr müavini Zakir Quliyev bildirib.

 

Onun sözlərinə görə, əkin sahələrinin artması ilə əlaqədar olaraq əkin suyuna təlabat artıb və bu məqsədlə də yeni su anbarları və kanallar tikilib. Lakin quraqıq ilə bağlı olaraq su anbarlarına kifayət qədər su toplamaq mümkün olmayıb:

 

“Mingəçevir su anbarının tutumu 15 milyard 730 miyon kub metrdir. Şəmkir su anbarı 2 milyard 677 milyon kup metr, Araz su anbarı 1 milyard 54 kub metr su tutmaq həcminə malikdir. Biz bu su anbarlarının doldurulması ilə bağlı rejim işləyib həyata keçiririk. Bu rejimin hazırlanmasında Fövqəladə Hallar Nazirliyi və “Azərenerji” iştirak edir. Bu qışın quraqlıq keçməsi bizi daha diqqətli olmağa məcbur edir. Bu il ümumilikdə su anbarlarında ötən ilin müvafiq dövünə nisbətən 2 milyard 253 milyon kubmetr suyun az toplanması müşahidə olunur. Bu da bizi sudan daha səmərəli istifadə etməyə sövq edir. Biz bununla bağlı müvafiq tədbirlər hazırlayıb həyata keçiririk”.

 

Zakir Quliyev qeyd edib ki, pambıq və digər əkinlərin artması suvarma suyuna tələbi artırıb və “Meliorasiya və Su Təsərrüfatı “da suya artan təlabtın təmin olunması üçün müvafiq tədbirlər həyat keçirilir:

 

“Araz çayı üzərində 250 min hektar suvarılan sahələr mövcudddur. Həmin sahələrdə daha çox pamblq əkilir. Bu sahələrin suvarılmasında Araz su anbarının suyundan da istifadə edilir. Hazırda İran ilə birgə 1,6 milyard kub metr tutumu olacaq Xudafərin su anbarı da tikilir. Pambıq sahələrinin suvarılmasında bu anbardan da istifadə ediləcəkdir”.

07.03.2018 05:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ