Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Moody's Türkiyənin kredit reytinqini aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moody's Türkiyənin kredit reytinqini aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, Türkiyənin kredit reytinqini "Ba1"dən "Ba2"yə endirib və proqnozunu  "sabit" olaraq müəyyən edib.
 

"Marja" Moody's-in açıqlamasna istinadən xəbər verir ki, reytinq 2 səbəbdən aşağı salınıb: "qurumların müqavimətlərinin zəifləməsi" və "xarici şok riskinin yüksək borc və siyasi risklər səbəbindən artması" 
 

Moody's qeyd edib ki, Türkiyədə əsas struktur islahatlarının tətbiq olunmasında geikmələr mövcuddur. Həmçinin pul siyasətinin təsiri daha da azalır.
 

Açıqlamada, xarici şok riskinin, yüksək cari kəsir, xarici borclar, artan siyasi risklər və qlobal faiz nisbətləri ilə yüksəldiyi qeyd edilib.
 

Reytinqin aşağı salınmasından sonra Dollar Türk Lirəsi qarşısında 3.8080 lirə səviyyəsinə qalxıb.
 

Moody's, Türkiyənin potensial iqisadi artım ehtimalının 3,5-4 faiz olduğunu bildirib.
 

Açıqlamada, "cari kəsirin azaldılması, bank və özəl sektorun xarici borclarına qarşı müddətlərin uzadılması müşahidə edilərsə, reytinq yenidən qaldırıla bilər" -qeyd edilib.

 
Moody's 8 Mart 2017-ci il tarixində Türkiyənin kredit reytinqini "Ba1" səviyyəsində saxlamış, proqnozunu isə "sabit"dən "neqativ"ə salmışdı.

08.03.2018 04:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ