Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Əks dollarlaşma davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əks dollarlaşma davam edir

Əhalinin banklarda xarici valyutadakı əmanətləri 5 milyard manatdan da aşağı düşüb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, 2018-ci ilin Yanvar  ayının sonuna xarici valyutalar ilə yerləşdirilmiş əmanətlər 4 milyard 967.4 milyon manat təşkil edib. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 60,9 milyon manat azdır.

 

Yanvarda əhalinin mili valyutadakı əmanətləri isə Dekabr ayının sonu ilə müqayisədə 2 milyard 532.9 milyon manatdan 2 milyard 529.6 milyon manata düşüb (3,3 milyon manat azalma).

 

Göründüyü kimi, xarici valyutadakı əmanətlər daha çox azalıb. Əvvəlki illərdə, əsasən Dollarda yerləşdirilmiş əmanətlərin müddəti başa çatır. Xarici vayutada yerəşdirilən əmanətlərə 2-3% gəlir təklif edilməsi, əmanətləri xarici valyutada saxlamağa marağı azaldır. Digər tərəfdən banklar manat əmanətlərinin də faizlərini aşağı salıblar.

 

Fiziki şəxslərin banklardakı cəmi 7 milyard 497 milyon manat əmanətinin 66,3%-i və ya 2 milyard 529.6 milyon manatı milli valyutada, 33,7%-i və ya 4 milyard 967.4 milyon manatı xarici valyutalar ilə yerləşdirilib.

 

Əmanətlərin 6 milyard 747.3 milyon manatı rezidentlərə, 749.7 milyon manatı qeyri-rezidentlərə məxsus olub.

 

Qeyd edək ki, 2017-ci ilin sonuna əhalinin banklardakı 7 milyard 561,2 milyon manat əmanətinin 5 milyard 28,3 milyon manatı və ya 66,5%-i xarici valyutada, 2 milyard 532,9 milyon manatı və ya 33,5%-i milli valyutada olub.

 

30 noyabr 2017-ci il tarixindəki banklardakı 7 milyard 370.6 milyon manat əmanətin 5 milyard 85,1 milyon manatı və ya 69%-i xarici valyutada, 2 milyard 285,4 milyon manatı və ya 31%-i milli valyutada olmuşdu.

 

2017-ci ilin əvvəlində xarici valyutada yerləşdirilmiş əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən yüksək idi.

08.03.2018 06:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ